Prezident İlham Əliyev iyunun 23-də Əlcəzair Xalq Demokratik Respublikasının ədliyyə naziri Tayeb Louhun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə dövlət başçısı vurğulayıb ki, iki ölkə arasında siyasi əlaqələr çox yaxşı səviyyədədir. O, ikitərəfli münasibətlərimizin növbəti mərhələsində iqtisadi əməkdaşlıq məsələlərinə daha çox diqqət yetirilməsinin və ticarət dövriyyəsinin artırılmasının vacibliyini bildirib.
Prezident İ.Əliyev, eyni zamanda, turizm sahəsində əməkdaşlığın perspektivliliyini diqqətə çatdırıb.
T.Louh isə bildirib ki, Əlcəzair dövlətinin başçısı Azərbaycan ilə münasibətlərin inkişafına yüksək diqqət yetirir və bu istiqamətdə müvafiq tapşırıqlar verib.*