çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov Vyanada Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri, OPEC konfransının prezidenti Suhail Mohamed Al Mazrouei ilə görüş zamanı əməkdaşlıq məsələlərini müzakirə edib.
“Görüşdə qlobal neft bazarının sabitliyi ilə bağlı OPEC+ çərçivəsində görülən tədbirlər müzakirə edilib”, - nazirliyin məlumatında deyilir.
Bundan əlavə, P.Şahbazov və S.M.Al Mazrouei OPEC+ nazirlərinin 4-cü görüşü çərçivəsində Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında bərpa olunan enerji mənbələri sahəsində mümkün əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.
O cümlədən P.Şahbazovun İraqın neft naziri Cabbar Əli əl-Layibi ilə görüşü olub. “Görüşdə iki ölkə arasında enerji əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb. İraqın neft naziri yaxın vaxtlarda Azərbaycana səfər edərək neft sektorunun inkişafı ilə yaxından tanış olmaq istəyini ifadə edib”, - məlumatda qeyd olunur. **