RF Dövlət Dumasının spikeri Vyaçeslav Volodoin Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin iki dövlət arasında əlaqələrin inkişafında böyük rollunu qeyd edib.
Bazar günü Azərbaycan lideri ilə görüş zamanı V.Volodin bildirib: “Düşünürəm ki, ölkələrimiz arasında xarici siyasətdə yaxınlaşma məsələlərində görülən tədbirlər Rusiya və Azərbaycan Respublikası arasında münasibətlərin çox yüksək səviyyədə olduğunun göstəricisidir”.
“Bu, strateji tərəfdaşlar arasında mövcud münasibətlərdir. Biz, əlbəttə, Vladimir Vladimiroviç Putin və sizin oynadığınız rolu hər zaman vurğulayırıq”, - RF parlamentinin aşağı palatasının sədri Azərbaycan prezidentinə müraciət edib.
Öz növbəsində İ.Əliyev qeyd edib ki, dövlət başçılarının görüşləri ölkələr arasında bütün istiqamətlərdə münasibətləri möhkəmləndirir.
Eyni zamanda o, parlamentlərarası səviyyədə dialoqun yaradılmasının vacibliyini vurğulayıb. “Sizə məlum olduğu kimi, biz bir çox sahələrdə əməkdaşlıq edirik. Çoxplanlı və konstruktiv əlaqələr qurmuşuq. Əlbəttə ki, parlamentlərarası əməkdaşlıq xüsusi önəm kəsb edir: biz beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirik, beynəlxalq meydançalarda bir-birimizi dəstəkləyirik - bu da ölkələrimiz arasında etibarlı münasibətin göstəricisidir”, - İ.Əliyev bəyan edib.
V.Volodinin rəhbərliyi ilə Dövlət Dumasının nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir. **