Azərbaycan prezidenti İlham Əliyev bazar günü Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək onu seçkilərdə əldə etdiyi inamlı qələbə münasibətilə təbrik edib.
“İ.Əliyev qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə daha da inkişaf edib, iqtisadi sahədə böyük uğurlar qazanıb, beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənib”, - dövlət başçısının mətbuat xidmətinin məlumatında deyilir.
İ.Əliyev R.T.Ərdoğana yeni uğurlar arzulayıb.
Həmçinin İ.Əliyev R.T.Ərdoğanı Azərbaycan Respublikasına rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib.
“Dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər”, - məlumatda qeyd olunur. **