Rusiya və Azərbaycan beynəlxalq avtomobil daşımalarının azad tranzitinə dair sazişə qayıtmaq niyyətindədir. Bunu RusiyaDövlət Dumasının nəqliyyat və tikinti məsələlərikomitəsinin sədriYevgeni Moskviçov deyib.
“Aparılan görüşlər zamanı Rusiya və Azərbaycan arasında beynəlxalq avtomobil daşımalarının azad tranzitinə dair sazişə qayıtmağa dair razlığa gəldik. Ən əsas problem həll olunmalı, Rusiya və Azərbaycanda tranzitin azad, icazə sistemi olmadan həyata keçirilməlidir”, - Y.Moskviçov jurnalistlərə bildirib.
O qeyd edib ki, bununla “İrandan Azərbaycan və Rusiyaya yüklərin həcmi dəfələrlə artacaq”.
Y.Moskviçovun sözlərinə görə, bu məsələ Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı müzakirə olunub.
24-25 iyun tarixlərində V.Volodinin rəhbərliyi ilə Dövlət Dumasının nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir. **