Milli Məclisin sədri Oqtay Əsədov hesab edir ki, Ermənistanın yeni hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil.
"Azərbaycan Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir. Lakin Ermənistanda inqilabdan sonra yeni erməni baş nazir lazım olandan başlamadı (…). Biz bir addım irəli, Ermənistan isə iki addım geri atır”, - deyə o, bu gün Bakıda Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.
O.Əsədovun sözlərinə görə, RF münaqişənin sülh yolu ilə həlli üçün səy göstərir.
"Təəssüflər olsun ki, ATƏT-in Minsk qrupu münaqişənin həllində heç bir nəticə əldə etməyib", - deyə sədr əlavə edib.*
F.İsazadə