Azərbaycanın Milli Məclisinın spikeri Oqtay Əsədov hesab edir ki, RF Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Bakıya səfəri ikitərəfli əlaqələrə əlavə təkan verəcək.
“Bakıya səfəriniz ikitərəfli münasibətlərə təkan verəcək. Müstəqillik dövrü ərzində əlqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə qalxıb”, - O.Əsədov bazar ertəsi RF Dövlət Dumasının sədrinin rəhbərliyim ilə nümayəndə heyəti ilə görüşdə bildirib.
Onun sözlərinə görə, Rusiya Azərbaycanın ən iri ticarət tərəfdaşıdır.
“2017-ci ilin yekunları üzrə qarşılıqlı ticarət dövriyyəsi $2,7 mlrd.-ı ötüb. Azərbaycan Rusiya iqtisadiyyatına $1 mlrd.-dan artıq vəsait yatırıb”, - O.Əsədov qeyd edib. **
F.İsazadə