Dövlət Dumasının spiekri Vyaçeslav Volodin RF parlamentinin aşağı palatası və Azərbaycan parlamenti arasında yüksək səviyyəli parlamentlərarası komissiyanın yaradılmasını təklif edib.
“Biz Dövlət Duması və Milli Məclis arasında yüksək səviyyəli parlamentlərarası komissiya formatının yaradılmasını təklif etmək istərdik”, - V.Volodin bazar ertəsi Milli Məclisin spikeri Oqtay Əsədovla görüşdə bildirib.
V.Volodinin sözlərinə görə, bu cür komissiyaya Dövlət Duması və Milli Məcşlsin sədr müavinləri rəhbərlik edə bilərlər.
Komissiya “ölkələrimizin vətəndaşlarını narahat edən məsələlərə baxa bilər və bu dövlətlərimiz arasında münasibətlərin inkişafına töhfəmiz ola bilər”. **