Milli Məclisin sədri Oqtay Əsədov futbol üzrə dünya çempionatında Rusiya yığmasına uğurlar arzu edib.
"Rusiya yığmasının qələbə qazanması münasibətilə həmkarlarımızı təbrik edir və dünya çempionatında uğurlar arzu edirəm", - deyə o, bu gün Bakıda Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.
Xatırladaq ki, Rusiya yığması dünya çempionatında Səudiyyə Ərəbistanı (5:0) və Misir (3:1) yığmaları ilə görüşlərdə qalib gələrək 1/8 finala çıxıb. Rusiya millisi qrup mərhələsinin son oyununu bu gün Uruqvayla keçirəcək.*
F.İsazadə