Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Azərbayucanda Rusi dilinə xüsusi münasibət və qayğının olduğunu qeyd edib. “Respublikada ünsiyyət qurmaq imkan yaradan Rus dilinə göstərilən diqqətə görə minnətdarlığımı ifadə etmək istərdim. Həqiqətən, burada Rus dilini tədris edən məktəblərin sayı görünməmiş səviyyədə çoxdur - 340 məktəb var. Bu, bizə yaxın və strateji tərəfdaşımız olan istənilən digər ölkədə fəaliyyət göstərən məktəblərin sayından daha çoxdur”, - V.Volodin bazar ertəsi Milli Məclisin spikeri Oqtay Əsədovla görüşdə bildirib.
V.Volodin əlavə edib ki, Azərbaycanda “Rus dilinə bu cür qayğı nəinki məktəblər, həm də ali təhsil müəssisələri səviyyəsində meydana gəlib”. “O cümlədən, dil bizə bir-birimizi anlamaq imkanı verir. Bu yol, əlbəttə ki, əsasən Azərbaycan Respublikası prezidenti sayəsində seçilib. Biz bununla əlaqədar minnətdarlığımızı bidirmək istərdik, hər ölkə bu cür qərarlar qəbul etmir, lakin Azərbaycan bu qərarı qəbul etdi”, - V.Volodin vurğulayıb.
Onun sözlərinə görə, Dövlət Duması və Milli Məclisin spikerləri ilin sonuna kimi Avrasiya ÖlkələriParlament Sədrlərinin Müşavirəsi və Tehranda Təhlükəsizlik Konfransı çərçivəsində görüşməyi planlaşdırırlar. “Ümid edirəm ki, görüşlərimizn sayı daha da artacaq. Gələcəkdə Avrasiya ÖlkələriParlament Sədrlərinin üçüncü Müşavirəsi çərçivəsində görüşümüz keçiriləcək. İlin sonuna qədər Tehranda Təhlükəsizlik məsələlərinə dair konfrans keçiriləcək. Əlbəttə ki, söz açdığımız yeni formalar görüşlərin keçirilməsinə dair yeni imkanlar açacaq və məsələlərin müzakirəsi üçün bizə xidmət edəcək”, - V.Volodin qeyd edib. **
F.İsazadə