“AzRustrans” QSC taxılın Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə Türkiyəyə nəqlinə başlayıb. Bu barədə şirkətin məlumatında deyilir.
“AzRustrans” «ADY Express» MMC ilə taxılın ilk dəfə olaraq BTQ dəmir yolu ilə tədarükünü təşkil edib. Taxıl Rusiyadan BTQ ilə xüsusi taxıldaşıyan vaqonlar (hopper)vasitəsilə nəql olunub. İndiyədək yüklərin Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınması yalnız konteynerlər vasitəsilə həyata keçirilib», - deyə məlumatda bildirilir.
12 vaqona yüklənmiş taxıl Rusiyanın Orenburq vilayətində yerləşən Sara stansiyasindan Gürcüstanın Axalkalaki stansiyasına çatdırılıb, burada təkər cütlərinin dəyişdirilməsi əməliyyatı həyata keçirildikdən sonra Qarsa yola salınıb.
“Yüklər artıq Qars stansiyasına çatdırılıb”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova