Azərbaycan prezidenti İlham Əliyev və BelarusRespublikasınınTəhlükəsizlik Şurasınındövlət katibi Stanislav Zas Bakıda keçirilən görüşdə təhlükəsizlik sahəsində qarşlıqlı əlaqələrin genişləndirilməsi, həmçinin müxtəlif sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu barədə bazar ertəsi Belarusun Bakıdakı səfirliyindən məlumat verilir.
“Görüş zamanı ticari-iqtisadi əməkdaşlıq, investsiya layihələrin reallaşdırılması, nəqliyyat-logistika əlaqələrin inkişafı, həmçinin təhlükəsizlik sahəsində qarşlıqlı əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub”, - Belarus diplomatik missiyasının saytında dərc olunan məlumatda deyilir.
Qeyd olunur ki, görüş ötən bazar günü baş tutub. S.Zas Azərbaycan Silahlı Qüvvələrin 100 illiyinə həsr olunan bayram tədbirlərində iştirak edib.
Belarus və Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlıq inkişaf edir. İyun ayında Azərbaycan Müdafiə Nazirliyi Belarusdan “Polonez” raket sisteminin satın alınmasını təsdiq edib. **