Yaxın 10 ildə “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin donanmasının genişləndirilməsinə investisiyalar $1,5 mlrd. səviyyəsində qiymətləndirilir. Bunu XDG sədri Rauf Vəliyev bazar ertəsi QSC-nin fəaliyyətinə həsr olunan tədbirdə bildirib.
“Yaxın 10 il ərzində 72 gəminin alınmasını planlaşdırırıq. Artıq müvafiq investsisiya proqramı hazırdır. Proqram $1,5 mlrd. həcmində qiymətləndirilir və hazırda hökumət tərəfindən müzakirə olunur”, - R.Vəliyev qeyd edib.
Onun sözlərinə görə, proqramın əksər hssəsinin maliyyələşdirilməsi QSC-nin öz vəsaiti və qismən dövlətin maliyyə dəstəyi hesabı nəzərdə tutulur.
Həmçinin R.Vəliyev xatırladıb ki, hazırda beynəlxalq sularda Azərbaycan bayrağı altında 13 gəmi üzür.
O məlumat verib ki, son 4 il ərzində QSC-nin kapital qoyuluşları 473 mln. manat olub, bunun 99%-i Gəmiçiliyin öz vəsaiti təşkil edib. Hazırda şirkətin dəyəri 1 mlrd. manata yaxın təşkil edir.
R.Vəliyev vurğulayıb ki, Gəmiçilik Fitch Ratings beynəlxalq agentlikdən kredit reytinqi əldə etməyi ümid edir. Agentlik ilə artıq müvafiq saziş imzalanıb. “Son 4 il ərzində Gəmiçilik MaliyyəHesabatlarınınBeynəlxalqStandartları üzrə illik maliyyə hesabatını dərc edir. Hazırda Gəmiçiliyin 2016-2017-ci illər ərzində Dayanıqlı İnkişaf Hesabatını hazırlayırıq və yaxın bir ay ərzində onu ictimaiyyətə təqdim edəcəyik”, - o qeyd edib. **
N.Abbasova