Azərbaycan və Ukraynanın Dövlət Sərhəd xidmətləri arasında 2019-2020-ci illər üzrə əməkdaşlığın inkişaf planı imzalanıb. Bu barədə Ukraynanın Bakıdakı səfirliyindən məlumat verilib.
Sənəd Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və Ukrayna Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Petro Tsiqikala tərəfindən Bakıda imzalanıb.
E.Quliyev və P.Tsiqikala, həımçinin qurumlar arasında əlaqələrin möhkəmləndirilməsi yollarını müzakirə ediblər.*
F.İsazadə