Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyevin sərəncamı ilə general-mayor Ayaz Həsənova “general-leytenant” hərbi rütbəsi verilib.
Bundan başqa, polkovniklər Fazil Ağalarov, Məmməd Eminov, Elçin Xəlilov, Rauf İsmayılov, Namiq Poladov, Mübariz Rzayev və Niyaməddin Tağıyevə “general-mayor” hərbi rütbəsi verilib.*
F.İsazadə