Azərbaycan rezidenti İlham Əliyev müdafiə naziri general-polkovnik Zakir Həsənovun 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Bundan əlavə, Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, müdafiə nazirinin birinci müavini, general-polkovnik Nəcməddin Sadıkov və müdafiə nazirinin müavini, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayev analoji orden ilə təltif olunublar.
Eyni zamanda, müdafiə nazirinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət Baş İdarəsinin rəisi Kərim Vəliyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirov “Vətən uğrunda” medalı ilə təltif edilib.
Müdafiə Nazirliyininrəhbərliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görəoden və medallarla təltif olunub.
Nazirliyin rəhbərliyi ilə yanaşı MN-nin 76 zabir, gizir və əsgəri də orden və medallarla təltif olunub. **
F.İsazadə