İyulun 2-dən Bakı-Batumi avtobusreysi həyata keçiriləcək. Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən məlumat verilib.
“Reyslərhəftədə 3 dəfə - bazar ertəsi, çərşənbə və cümə günləri baş tutacaq. Avtobusların yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18:00, Batumi şəhərinə çatma vaxtı isə növbəti gün saat 9.00-dır”, - deyə məlumatda bildirilir.
Avtobusların Batumidən yola düşmə vaxtı isə bazar ertəsi, çərşənbə və cümə günləri saat 10:00-da olacaq.
Gediş qiyməti 40 manat təşkil edir. 5 yaşına qədər uşaqlara bilet pulsuzdur. 10 yaşına qədər uşaqlar üçün qiymət biletin 50 faizini təşkil edir.
Biletləri 10 gün öncədən avtovağzalın satış kassalarından və ya online qaydada əldə etmək olar.*
N.Abbasova