Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mobil operatoru “Etisalat” Azərbaycanınişğal altındakı ərazilərində qanunsuz fəaliyyət göstərən «Karabakh Telecom» mobil operatoru ilə rouminq razılaşmasını ləğv edib.
“Bu,Azərbaycanın BƏƏ-dəki səfirliyinin gördüyütədbirlər nəticəsində mümkün olub. BƏƏ-nin mobil operatoru “Etisalat” Azərbaycanınişğal altındakı ərazilərində qanunsuz fəaliyyət göstərən "Karabakh Telecom” ilə rouminq razılaşmasını ləğv edib”, - deyə Xarici İşlərNazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, Ermənistan Beynəlxalq Telekommunkasiya İttifaqının təlimat və qaydalarına zidd olaraq, onun üçün ayrılmış +374 beynəlxalq kodunu Azərbaycanın işğal olunmuş ərazilərinə də şamil edir və bununla Azərbaycanın radio-telekommunikasiya məkanına, radio tezliklərinə qanunsuz müdaxilə edir. Həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqı ölkələr üzrə mobil kodlar (MCC) və mobil şəbəkə kodlarının (MNC) ayrılmasına məsul olduğu halda, “Karabakh Telecom” BTİ-nin E.212 saylı təlimatını pozaraq “283” ölkə üzrə mobil kodunu və “04” mobil şəbəkə kodunu Azərbaycanın işğal olunmuş ərazilərində tətbiq edir.
H.Hacıyev vurğulayıb ki, beynəlxalq hüququn norma və prinsiplərini, Beynəlxalq Telekommunikasiya İttifaqının təlimat və qaydalarını, həmçinin korporativ biznes etikası qaydalarını əsas tutaraq ölkəmizin işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən “Karabakh Telecom” şirkətinin digər beynəlxalq mobil operatorlarla rominq əməkdaşlığı bundan sonra da dayandırılacaq.*
F.İsazadə