Prezident İlham Əliyev beynəlxalq hüququn işləmədiyini, güc amilinin dünyanın əsas amil kimi çıxış etdiyini qeyd edir.
“Dünyada gedən proseslər onu göstərir ki, beynəlxalq hüquq işləmir. Əgər işləsəydi, Azərbaycan torpaqları çoxdan işğalçılardan azad olunardı. Güc amili əsas amil kimi çıxış edir”, - deyə o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da keçirilən hərbi paradda bildirib.
Prezidentin sözlərinə görə, Azərbaycan hakimiyyəti Silahlı Qüvvələrin maddi-texniki bazasının yaxşılaşması və ordunun döyüş qabiliyyətinin artması üçün lazım olan hər şeyi edir. Buna görə Azərbaycan dost və tərəfdaş ölkələrdən ən müasir silahların əldə edilməsi prosesini davam etdiriləcək.*
F.İsazadə