2019-cu ilin yanvar ayında Bakıda neft hasilatının azaldılmasına dairOPEC+sazişinin MonitorinqKomitəsininiclası keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə məlumatlı mənbə bildirib.
Öncə OPEC-in baş katibi Məhəmməd Barkindo məlumat verib ki, OPEC+ Monitorinq Komitəsinin nazirlər səviyyəsində növbəti iclası sentyabrda Əlcəzairdə, 2019-cu ildə isə Azərbaycanda keçiriləcək.
“Razılaşmaya əsasən, Monitorinq Komitəsinin iclası gələn ilin yanvar ayında Bakıda keçiriləcək”, - mənbə qeyd edib.
İyunun 23-də Opec və qeyri-OPEC ölkələri Vyanada keçirilən iclasda neft hasilatının məhdudlaşdırılmasına dair öncə üzərlərinə götürülən öhdəliklərin 100% icrası ilə sutkalıq neft hasilatının 1 mln. barelədək artırılması dair razılığa gəliblər. **
A.Əzizov