Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol sentyabr ayında Azərbaycana gələcək. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
Energetika naziriPərviz Şahbazov ABŞ-a səfəri çərçivəsində F.Birolla görüşüb. Tərəflər dünya neft və qaz bazarının inkişaf tendensiyalarına dair qiymətləndirmələri və proqnozları ilə bağlı fikir mübadiləsi aparıblar.
“Bundan başqa, Azərbaycanın həyata keçirdiyi enerji layihələri ilə qlobal enerji məkanında güclənən strateji rolundan danışılıb. Azərbaycanla Beynəlxalq Enerji Agentliyi arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. F.Birol enerji sahəsində müvafiq layihələr üzrə əməkdaşlığa marağını diqqətə çatdırıb və sentyabr ayında Bakıya səfərinin nəzərdə tutulduğunu bildirib”, - deyə məlumatda qeyd olunur.
P.Şahbazov agentliyin fəaliyyətini yüksək qiymətləndirərək, ikitərəfli əlaqələrin istiqmətlərinin müəyyənləşdirilməsi məqsədilə belə bir səfərin vacibliyini qeyd edib.*
N.Abbasova