2018-ci ilin yanvar-may ayları ərzində dövlət və özəlləşdirilən müəssisə və obyektlərin, habelə qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən dövlət büdcəsinə 3,76 mln. manat vəsait ödənilib. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilir.
“Bununla proqnoz tapşırıq 151,6% yerinə yetirilib”, - Komitədən qeyd olunub.
Bundan əlavə, eyni dövrdə qeyri-yaşayış sahələrinin icarəyə verilməsindən isə dövlət büdcəsinə 830 min manat məbləğində vəsaitin ödənilməsi təmin edilib. Proqnoz tapşırıq 114% yerinə yetirilib.
“Beləliklə, cari ilin 5 ayı ərzində dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 4,6 mln. manat vəsait köçürülüb”, - Komitədən qeyd edilir.
2018-ci ildə ƏMDK dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə 8mln. manat vəsait köçürməlidir. Bunun 6,2mln. manatı torpaq sahələri üzrə və 1,8 mln. manatı qeyri-yaşayış sahələri üzrə vəsaitin payına düşür. **
B.Rüstəmbəyov