Çərşənbə günü Belarus xarici işlər naziri Vladimir Makey Minsk qrupunun həmsədrləri Stefan Viskonti, İqor Popov, Endrü Şofer, həmçinin ATƏT-in fəaliyyətdə olansədrininDağlıq Qarabağmünaqişəsiüzrə xüsusinümayəndəsi Anjey Kaspşik ilə görüşüb. Bu barədə XİN-in mətbuat xidməti məlumat verir.
“Görüş zamanı ATƏT-in Minsk qrupunun fəaliyyətinin aktual məsələləri, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə Belarusun mümkün töhfəsi müzakirə olunub”, - mətbuat xidmətindən qeyd edilir. **