Xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü Qətər Dövlətinin Azərbaycandakı səfiri Yusif bin Həsən Yusif əl-Saini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
“Səfir diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi”, - XİN-in mətbuat xidmətindən məlumat verilir.
Nazir E.Məmmədyarov səfir Yusif bin Həsən Yusif əl-Saiyə gələcək diplomatik fəaliyyətində uğurlar arzu etdi. **
B.Rüstəmbəyov