Prezident İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 4 mln. manat ($2,3 mln.) məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Vəsait 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılıb və Bakı şəhərinin baş planının hazırlanması işinin təşkili üçün nüfuzlu beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsinə yönəldiləcək.
Müvafiq sərəncam iyunun 27-də dövlət başçısının saytında dərc olunub.*
F.İsazadə