İpoteka və Kredit Zəmanət Fondu sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi prosesinə başlayır. Bu barədə Fonddan məlumat verilir.
“İKZF tərəfindən sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi prosesinə başlanılması üçün zəruri təşkilati tədbirlər tam başa çatıb.Sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi ilə bağlı ilkin olaraq 8bankla müvafiq müqavilələr bağlanılıb”, - məlumatda qeyd olunur.
Hazırda sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi sahəsinə digər bankların cəlbi ilə bağlı daxil olmuş müraciətlərə baxılması davam edir.
Hazırda Kapital Bank, TuranBank, Ziraat Bank Azerbaijan, NBC Bank, PASHA Bank, Muğanbank, Expressbank və ASB Fondun kreditlərinə zəmanətlər üzrə agent bank qismində çıxış edir. **
A.Əzizov