Energetika Nazirliyi alternativ və bərpa olunan enerji mənbələri sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi üzrə işlərin həyata keçirilməsi üçün şirkət seçir. Bu barədə nazirliyin elanında deyilir.
Seçim açıq tender metodu ilə keçirilir.
Tender üzrə işlərə alternativ və bərpa olunan enerji mənbələri sahəsini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi, bu sahədə güzəştli tariflərin tətbiqini və digər təşviq tədbirlərinin həyata keçirilməsini nəzərdə tutan sənədin işlənib hazırlanması daxildir.
«Məqsəd alternativ və bərpa olunan enerji mənbələri sahəsinin xüsusi çəkisinin artırılması və bu sahənin inkişafına investisiyaların cəlb edilməsindən ibarətdir”, - deyə elanda qeyd olunur.
Tenderdə lazımi maliyyə və texniki imkanlara malik olan şirkətlər iştirak edə bilər.
Tenderdə iştirak haqqı 1 min manatdır.
Təklif dəyərinin 5%-i həcmində bank təminatı ilə müşayiət olunan tender təklifləri 2018-ci il iyulun 31-dək qəbul olunur. Tender proseduru avqustun 1-də baş tutacaq.
Telefon: (+99412) 598-16-53/54 (daxili: 1130), mobil: (+99450) 450-20-85. Əlaqəli şəxs: Gülnarə Nuriyeva.*
N.Abbasova