Avqustun 18-də Bakıda "European Tobacco-Baku" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Bu barədə cəmiyyətin elanında deyilir.
"Yığıncaqda səhmdarlar cəmiyyətin idarəetmə orqanlarının 2017-ci il ərzində maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabatı təsdiq edəcəklər”, – deyə məlumatda bildirilir.
Bundan başqa, yığıncaqda dividendlərin bölüşdürülməsi məsələsi müzakirə olunacaq.
"European Tobacco-Baku" ASC 2000-ci ildə Bakı Tütün Kombinatının bazasında yaradılıb. ASC-nin səhmlərinin 92,5%-i Britaniyanın “European Tobacco Inc” şirkətinə məxsusdur.*
N.Abbasova