Azərbaycan qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının (ÜTT) tələblərinə uyğunlaşdırılması üçün 20 normativ-hüquqi akt qəbul edib. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev bu gün ÜTT-nin Azərbaycan üzrə İşçi Qrupunun rəhbəri Valter Vernerlə görüşdə deyib.
““Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin ÜTT-nin tələblərinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı” çərçivəsində 20 normativ-hüquqi akt qəbul olunub”, - deyə o bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan qanunvericiliyinin ÜTT tələblərinə uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir.
“Görüşdə Azərbaycanın ÜTT-yə üzv olması barədə danışıqların gedişi ilə bağlı müzakirələr aparılıb”, - deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov