1 oktyabr 2018-ci il tarixindən etibarən Azərbaycanda ASK məhsullarının ixracı zamanı gömrük prosedurlarını sadələşdirilməsi planlaşdırılır.
Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Plana əsasən, kənd təsərrüfatı məhsullarının ixrac əməliyyatlarına dair gömrük prosedurları sadələşdiriləcək və logistik xidmətlər asanlaşdırılacaq.
Aidiyyəti normativ hüquqi aktlarda dəyişikliklərin tətbiqi Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyə tapşırılıb.
Bundan əlavə, Plana əsasən 1 iyul 2019-cu il tarixindən etibarən gömrük sərhəd-keçid məntəqələrindən mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi məqsədilə beynəlxalq standartlara uyğun nəzarət avadanlığının tətbiqi nəzərdə tutulur. Bu məsələnin həlli ilə Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi məşğul olacaq. **
N.Abbasova