Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin üzmə vasitələri tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda adalara və qayalıqlara baxış keçirilərkən sahildən 13,9 km məsafədə Xəzər-Zirə adasının şimalındakı daşlıq ərazidə köhnə dəniz minası aşkarlanıb. Bu barədə DSX-nin mətbuat mərkəzindən məlumat verilir.
“Ərazi dərhal mühafizəyə götürülüb. Mühəndis-istehkam mütəxəssisləri tərəfindən mina aşkarlanmış əraziyə baxış keçirilmiş, mərminin dəniz minası olması təsdiqlənmiş, daşınmasının təhlükəli olması səbəbindən yerində zərərsizləşdirilməsinin zəruriliyi barədə rəy verilib. Dəniz minası partladılma yolu ilə zərərsizləşdirilib”, - məlumatda deyilir. **
B.Rüstəmbəyov