Ağır atletika üzrə Azərbaycan və Ukrayna yığmaları 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarından kənarlaşdırıla bilər. Bu barədə Ukrayna mətbuatı yazır.
"Son bir il ərzində bu ölkələrin hər birindən 3 nümayəndənin dopinq analizi müsbət çıxıb. Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) qaydalarına əsasən bu, yığmaların iki il müddətinə diskvalifikasiyası deməkdir. Bununla da Azərbaycan və Ukrayna Tokio-2020-də iştirak etməyəcək", - deyə məlumatda qeyd olunur.*
F.İsazadə