Bazar günü Şəmkirdə göldə 4 nəfər batıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilir.
“FHN tərəfindən Şəmkir rayonu Seyfəli kəndində süni göldə batdığı ehtimal olunan 4 nəfərin axtarışları başa çatıb. İki nəfər kişi və iki nəfər qadın cəsədləri dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıbvə aidiyyəti üzrə təhvil verilib”, - nazirlik qeyd edir.
Faktla bağlı araşdırma aparılır. **
A.Əzizov