2018-ci ilin yanvar-iyun aylarında manat dollara nisbətən 0,01% möhkəmlənib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Mərkəzi Bankın (AMB) məlumatı əsasında qeyd edir.
İyun ayında manatın dollara nisbətən orta məzənnəsi 1,7 AZN/$1 təşkil edib, bu da cari ilin may ayının göstəricisinə uyğundur.
Yanvar-iyun aylarında manat avroya nisbətən 2,43% möhkəmlənib. Eyni zamanda, iyun ayında manat avroya qarşı 0,19% bahalaşıb (may ayında 3,83% bahalaşıb).
2017-ci ildə manat dollara nisbətən 4% bahalaşıb, avroya nisbətən 8,9% ucuzlaşıb.
2016-cı ildə manat dollara nisbətən 13,6%, avroya nisbətən 19,5% ucuzlaşıb.**
A.Əzizov