2018-ci il iyulun 1-nə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunda $54,5 mln.-a yaxın (cari məzənnə ilə) vəsait toplanıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.
“1 iyul 2018-ci il tarixinədək Silahlı Qüvvələrə Yardım Fonduna 92.125.615,88 AZN, 213.577,88 ABŞ dolları, 11636,0 avro və 5000,0 rubl vəsait daxil olub”, - deyə məlumatda bildirilir.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il tarixli fərmanı ilə yaradılıb.*
F.İsazadə