Azərbaycan və Cənubi Koreya hökumətləri arasında “Gömrük məsələlərində qarşılıqlı yardım və əməkdaşlıq haqqında” saziş imzalanıb. Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Sənədi Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Koreya Respublikası Gömrük Xidmətininrəhbəri Kim Yung-Moon Brüsseldə Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasının sessiyası zamanı keçirilən ikitərəfli görüşdə imzalayıblar.
Görüşdə tərəflər iki ölkə arasında gömrük sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər, informasiya texnologiyalarının tətbiqində əməkdaşlıq əlaqələrini davam etdirməkdə maraqlı olduqlarını və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar.*
B.Rüstəmbəyov