2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanda bankların ümumi zərəri 5,5 mln. manat təşkil edib. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.
Xəbər verildiyi kimi, 2017-ci ilin yanvar-may aylarının yekunları üzrə Azərbaycanda ümumiyyətlə bankların xalis zərəri 178,2 mln. manat təşkil edib.
2018-ci ilin yanvar-may aylarında bankların faiz gəlirləri 700,9 mln. manat (2017-ci ilin yanvar-may ayları ilə müqayisədə azalma 16,5% - İF), həmçinin verilən kreditlər üzrə - 484,1 mln. manat təşkil edib (azalma 22,4%).
Hesabat dövründə bankların qeyri-faiz xərcləri 450,7 mln. manat təşkil edib (artım 10,4%).
2018-ci ilin yanvar-may aylarında bankların faiz xərcləri 250,2 mln. manat (azalma 38,6%), o cümlədən, depozitlər üzrə - 158,5 mln. manat olub. Bankların qeyri-faiz xərcləri 404,9 mln. manat olub (artım 0,3%).
Bank sektorunun əməliyyat gəliri 252,5 mln. manat (2017-ci ilin yanvar-may ayları ilə müqayisədə azalma 42,2% - İF), gəlirə vergi üzrə ödənişləri 12,2 mln. manat olub. Bundan başqa, hesabat dövründə 247,2 mln. manat məbləği banklar ehtiyatların formalaşmasına yönəldiblər. Nəticədə, 2018-ci ilin yanvar-may aylarında bank sektorunun zərəri 5,5 mln. manat təşkil edib.
Xəbər verildiyi kimi, 2017-ci ildə Azərbaycanda bankların xalis gəliri 883,6 mln. manat olub.
A.Əzizov