Azərbaycan 2018-ci ilin yanvar-may aylarında şərab ixracını 80% artırıb. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsinin icraçısı Yusif Abdullayev məlumat verib.
"2018-ci ilin 5 ayı ərzində şərab ixracı 80% artıb", - deyə o, bu gün jurnalistlərə bildirib.
Xəbər verildiyi kimi, 2017-ci ildə Azərbaycanda 1 mln. dekalitr şərabçılıq məhsulu istehsal olunub. Bunun 375 min dekalitri ixraca göndərilib.
Qarşıda duran əsas vəzifələrdən biri 2026-cı ilədək şərabçılıq məhsullarının ixracını 5 dəfə artırmaqdır. Beləliklə, 2025-ci ilin sonunadək 1,875 mln. dekalitr şərabçılıq məhsulu ixrac olunmalıdır.
2017-ci ildə Azərbaycanın şərab məhsyullarının 1 tonunun orta ixrac qiyməti $1,2 min təşkil edib.
Ötən il şərabçılıq məhsulları əsasən Rusiyaya (338 min dekalitr), 27 min dekalitr isə Çinə ixrac edilib.*
B.Rüstəmbəyov