Hazırda Bakıda elektrik enerjisinin bərpa vəziyyəti 100%, regionlarda isə 80%-dir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı məlumat verib.
“Elektrik enerjisinin təchizatı ilə bağlı görülən operativ tədbirlər nəticəsində ölkədə enerji təchizatını bərpa etmək mümkün olub. Hazırda Bakıda elektrik enerjisinin bərpa vəziyyəti 100%, regionlarda isə 80%-dir”, - deyə o bildirib.
Y.Babanlının sözlərinə görə, yaxın müddət ərzində regionlarda elektrik enerjisinin verilişi tam bərpa olunacaq.
Qeyd edək ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir SES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb. Nəticədə respublika bir neçə saat işıqsız qalıb. Hazırda stansiyada təmir işləri aparılır.*
A.Əzizov