Çərşənbə axşamı Azərbaycanın baş nazirinin birinci müaviniYaqub Eyyubov və “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev Mingəçevirə səfər ediblər. Bu barədə yerli mətbuat məlumat verir.
“Y.Eyyubov və E.Pirverdiyev Mingəçevir İES-ə baş çəkiblər. Baş nazirin birinci müavini
qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib”, - nəşrlər qeyd edir.
Xəbər verildiyi kimi, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir SES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb. Nəticədə respublika bir neçə saat işıqsız qalıb. Stansiyada təmir işləri aparılır.
Hazırda Bakıda elektrik enerjisinin bərpa vəziyyəti 100%, regionlarda isə 80%-dir.
Prezident İlham Əliyev Mingəçevir SES-də bərpa işlərini şəxsi nəzarətə götürüb. **
N.Abbasova