Azərbaycan 2018-ci ilin yanvar-may aylarında $667,5 mln. məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 20% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Bu ilin yanvar-may aylarında ixracın strukturunda əsas həcm pomidor ($96,8 mln.), elektrik enerjisi ($53,3 mln.) və qızılın ($48,4 mln.) payına düşüb.
Bu dövrdə Azərbaycan daha çox meyvə və tərəvəz ($189,8 mln.) ixrac edib
Yanvar-may aylarında Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin ilk beşliyinə Rusiya ($223,2 mln.), Türkiyə ($154,3 mln.), Gürcüstan ($69,9 mln.) İsveçrə ($56,5 mln.) və Çin ($19 mln.) daxildir. Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 33,4%-i RF-nin payına düşüb.
Azərbaycan 2017-ci ildə $1 mlrd. 538 mln. məbləğində qeyri-neft məhsulları ixrac edib.
B.Rüstəmbəyov