Müdafiə Nazirliyi ehtiyac olduğu halda, mühüm mülki infrastruktur obyektlərinin enerji ilə təchiz edilməsinə köməklik göstərməyə hazırdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
“Ehtiyac olduğu halda, mühüm mülki infrastruktur obyektlərinin (xəstəxanalar, uşaq baxçaları, doğum evləri) də enerji ilə təchiz edilməsinə köməklik göstərməyə hazırıq”, - nazirlikdən qeyd ediblər.
Bildirilir ki, elektrik enerjisinin verilməsi müvəqqəti dayandırılan kimi bu enerji mənbələri avtomatik işə düşüb və hazırda ordunun heç bir hərbi hissəsində, xüsusilə də ön xətt bölmələrində elektrik enerjisinin təchizatı ilə bağlı problem yoxdur. Elektrik enerjisi olmadıqda həmin enerji mənbələri avtomatik rejimdə işə düşür.
“Hərbi hissələrdə xidməti-döyüş fəaliyyəti fasiləsiz rejimdə davam etdirilir”, - məlumatda vurğulanır. **
F.İsazadə