2018-ci il iyunun 29-na Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $5 mlrd. 512,7 mln. təşkil edib. Bu barədə AMB-nin saytında məlumat verilir.
2017-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $5 mlrd. 334,6 mln. təşkil edib. Beləliklə, 2018-ci ilin yanvar-iyun aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 3,3% artıb.
İyun ayında AMB-nin valyuta ehtiyatları 0,75% və ya $41,3 mln. artıb.
Xəbər verildiyi kimi, 2017-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 34,2% artıb.**
A.Əzizov