2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 513,7 mln. manat təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
2017-ci ilin müvafiq dövrü ilə müqayisədə aparılan əməliyyatların həcmi 21% artıb.
Cari ilin may ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların 107,3 mln. manat təşkil edib, bu da 2017-ci ilin may ayının göstəricisindən 16% çoxdur.
Xəbər verildiyi kimi, 2018-ci ilin yanvar-ma ayları ərzində Azərbaycana dünyanın 184 ölkəsindən 1 mln. 55,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycana 10,1% çox əcnəbi gəlib.
Bu dövrdə Körfəz ölkələrindən gələnlərin sayında daha çox artım müşahidə edilib. Belə ki, ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 6 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,4 dəfə, Qətər vətəndaşlarının sayı 1,9 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 1,9 dəfə, Oman vətəndaşlarının sayı 32,4%, İraq vətəndaşlarının sayı 1,5 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 6,8% artıb. İrandan gələnlərin sayında ötən ilin analoji dövrü ilə müqayisədə 11,3% azalma müşahidə edilib
2018-ci ilin yanvar-may aylarında MDB ölkələrindən gələnlərin sayı 2017-ci ilin analoji dövrü ilə müqayisədə 7,4% - 367,4 min nəfərədək artıb. Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 42,6 min nəfər (artım 12,6) olub. **
B.Rüstəmbəyov