“Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəzadan sonra Gürcüstandan Azərbaycana elektrik enerjisi ixracı həyata keçirilir.
“Gürcüstan Dövlət ElektrikSistemləri” şirkətinə istinadən Gürcüstan mətbuatı məlumat verir ki, hazırda Azərbaycana ötürülən elektik enerjisinin gücü 64 meqavat təşkil edir.
İyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verib. Bununla əlaqədar respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb. Nəticədə respublika bir neçə saat işıqsız qalıb. Hazırda stansiyada təmir işləri aparılır.
Hazırda Bakıda elektrik enerjisinin bərpa vəziyyəti 100%, regionlarda isə 80%-dir.
Prezident İlham Əliyev Mingəçevir SES-də bərpa işlərini şəxsi nəzarətə götürüb. İ.Əliyev “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. **
N.Abbasova