“Aqrolizinq” ASC-nin səhmdarları nizamnamə kapitalının artırılması məsələsini sentyabrda müzakirə edəcəklər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
"Nizamnamə kapitalının artırılması məsələsinə səhmdarların iyulun 4-də keçiriləcək ümumi yığıncağında baxılması planlaşdırılırdı. Lakin ümumi yığıncağın tarixi sentyabrın 24-nə keçirilib", - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, “Aqrolizinq” 2017-ci ildə nizamnamə kapitalını 55,3% - 561 mln. 627,545 min manatadək artırıb.
“Aqrolizinq” ASC 2004-cü ilin oktyabr ayında təsis edilib və Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.*
B.Rüstəmbəyov