Hazırda Azərbaycanda həyati vacib əhəmiyyətli obyektlər elektrik enerjisi ilə təmin edilib. Bu barədə Energetika Nazirliyi və "Azərenerji" ASC-nin birgə məlumatında deyilir.
“Hazırda vəziyyət nəzarət altındadır və elektrik enerjisinin verilişi bərpa olunur. Problemin tam həlli üçün zəruri tədbirlər davam etdirilir”, - bəyanatda qeyd olunur.
B.Rüstəmbəyov