“İnter RAO” şirkəti qəza qarşılıqlı yardım müqaviləsi çərçivəsində Azərbaycana 200 MVt elektrik enerjisi tədarük edir. Bu barədə çərşənbə axşamı şirkətdən məlumat verilib.
"Biz dünən 23:45-dən qəza qarşılıqlı yardım müqaviləsi çərçivəsində Azərbaycana elektrik tədarük edirik. 200 MVt-ın tədarükü gedir",- şirkətdən bildirilib.
“İnter RAO” Rusiya Federasiyasında elektrik enerjisinin idxal-ixracı üzrə operatordur. Şirkətin elektrik stansiyalarının müəyyən olunmuş gücü 32,5 QVt təşkil edir. **