Çərşənbə axşamı günüN ikinci yarısında Azərbaycanın enerji sistemində baş verən növbəti qəza ilə əlaqədar Gürcüstan qonşu dövlətin işıqsız qalan şəhər və rayonlarının enerji təchizatı ilə bağlı problemin həlli məqsədilə elektirk enerjisi tədarükünü davam etdirir.
Hazırda Gürcüstandan Azərbaycana tədarük olunan elektrik enerjisinin həcmi 86 MVt təşkil edir. Bu barədə “Gürcüstan Dövlət Elektrik Sistemi”nin (GSE) rəsmi saytında dərc olunan operativ məlumatda deyilir.
Gün ərzndə Gürcüstandan Azərbaycana 55-90 MVt səviyyəsində elektrik enerjisi tədarükü həyata keçirilib və hazırda davam edir. **