“Azərenerji” ASC çərşənbə axşamı Azərbaycanın enerji sistemində qəzadan sonra ölkədə enerji təchizatını tam bərpa edib. Bu barədə “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və şöbəsinin rəisi Yəhya Babanlı “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
“Hazırda həm Bakı, həm də regionlarda enerji təchizatı 100% bərpa olunub. Yarana biləcək problemlərin aradan qaldırılması məqsədilə enerji sisteminin davamlı fəaliyyətinin təminatı üçün işlər aparılır”, - Y.Babanlı qeyd edib.
O həmçinin məlumat verib ki, Azərbaycan elektrik enerjisinin əlavə idxalına müraciət etmədən enerji təchizatının təminatı üçün kifayət həcmdə daxili ehtiyatlara malikdir. “Hazırda Azərbaycan və Rusiyanın enerji sistemləri paralel rejimdə fəaliyyət göstərir”, - Y.Babanlı qeyd edib. **
N.Abbasova